Azərbaycanda erotik film çəkildi - VİDEO

Azərbaycanda 18 yaşdan yuxarı gənclər üçün erotik film çəkilib. Rejissor Elvin Abdullayevin Modern.az saytına verdiyi məlumata görə, “Santa Mariya gəmisi” adlı filmdə baş verən hadisələr gənclərin siqaretə meyllənməsi və onun acı nəticəsini nümayiş olunub. Sözügedən film real hadisələr əsasında lentə alınıb.
Filmdə açıq-saçıq səhnələrin yer almasına isə rejissor belə münasibət bildirib: “Düşünürəm ki, filmdə erotik kadrlar məqsədə uyğun və estetik baxımdan diqqətli işlədildiyinə görə tamaşaçılarda ifrat hissi yaratmayacaq və insanlar bu filmi normal qarşılayacaqlar”.
Gənc rejissor çəkiliş zamanı bir sıra problemlərlə da qarşılaşdığını deyir: “Filmi büdcəsiz ərsəyə gətirmək istəsək də, elə bir şərait yarandı ki, söz verib sözünün üstündə durmayan insanlara görə əlavə xərclərimiz çıxdı. Hər yerdə bizi tələsdirirdilər deyə işimizi cəld görməyə çalışırdıq. Fürsətdən istifadə edib, filmdə əziyyət çəkən bütün komandaya həm kameranın önündə, həm kameranın arxasında əziyyət çəkənlərə təşəkkürümü bildirirəm”.
Erotik səhnələrində yer aldığı filmin ssenarisi də rejissorun özünə aiddir. Filmdə Səfa Mehdi, Rəna Ağamuradova, Elmar Abdullazadə, Cövdət Şükürov, Türkay Verdiyeva, Edqar Abdullayev, Leyla Atayeva rol alıb. Film kollektivin büdcəsi hesabına çəkilib.
Qeyd edək ki, “Santa Mariya” filmi “2-ci No Smoking Film Festivalı”nda iştirak edəcək.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















