Yazıçılar Birliyinin katibi xəstəxanaya yerləşdirilib

Tanınmış ədəbiyyatşünas alim, Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu xəstəxanaya yerləşdirilib.
A. Əmrahoğlunun ailəsindən APA-ya verilən məlumata görə, onun xəstəxanaya yerləşdirilməsinin səbəbi mədə qanaxmasıdır: “Bir neçə gündür xəstəxanaya yerləşdirmişik. Hazırda həkimlər əməliyyata hazırlıqla məşğuldurlar. Əsas problem mədədəki qanaxmanı kəsməkdir. Konkret olaraq son qərar verilməyib. Bütün müayinələr başa çatandan sonra qərar veriləcək ki, bədxassəli şiş təhlükəsi var, yoxsa yox”.
Xanımı əlavə edib ki, xərçəng təhlükəsinin olması barədə həkimlər yalnız ehtimal edirlər: “Bu, ancaq ehtimaldır, həkimlər belə bir şeyi gözləyirlər. Amma dəqiq diaqnoz olmadan, heç nə demək olmaz”. Qeyd edək ki, Arif Əmrahoğlu 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir. O, “Nəsrin poetikası”, “Sözə inam sabahımızdır”, “Epik sözün bədii gücü” və s. kitabların müəllifidir. Ədəbiyyatşünas alim A. P. Çexovun Azərbaycan dilində nəşr olunan üçcildlik “Seçilmiş əsərləri”nin, Moskvada rus dilində nəşr olunan M.F. Axundovun “Seçilmiş əsərləri”nin tərtibçisidir. A. Əmrahoğlu uzun illərdir Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















