• $
  • €
  • ₽
  • ₺
  • £

Varis “Dünyanın ən populyar yazarları” reytinqində

Varis “Dünyanın ən populyar yazarları” reytinqində
04.06.2014 20:16
Azərbaycanlı yazıçı Varis Yolçuyevin adı “Ən populyar 1000 yazar” siyahısına düşüb. Bu barədə Lent.az-a məlumat verən yazıçı deyib ki, Türkiyənin nüfuzlu 1000kitap.com saytında yayımlanan siyahıda xarici ölkə yazıçılarının siyahısında 113-cü, ümumi siyahıda isə 338-ci yerdədir. İlk üçlükdə Simon De Bavuar, Elif Şafak və Reşat Nuri Güntekin qərarlaşıb. “Ən populyar 1000 yazar” reytinqində əcnəbi yazarlar arasında daha çox müasir Amerika yazıçılarına rast gəlinir. Reytinqin ilk sıralarında Fyodor Dostoyevski, Viktor Hüqo, Con Steynbek, Cek London, Lev Tolstoy, Frans Kafka, Çarlz Dikkens, Emil Zolya, Ernest Heminquey kimi dünya şöhrətli klassik yazıçılarla yanaşı çağdaş dövrün Xalid Hüseyni, Dan Braun, Adam Fauer, Suzanna Kollinz, Paolo Koelyo, J.K.Roulinq, Qabriel Qarsia Markes, Joze Saramaqo kimi ən populyar yazarları da var. 2014-cü ilin martında İstanbulda map olunmuş “Son məktub” romanı “Ən populyar 1000 kitab” reytinqinə daxil olaraq reytinqdə 182-ci yerə yüksəlib. İlk dəfədir ki, reytinqə azərbaycanlı yazıçının da adı daxil edilib. Türk dilində nəşr edilmiş kitabların əhatə etdiyi (Türkiyə, Almaniya, Bosniya, Bolqarıstan, Şimali Kipr və s. ölkələrdən ibarət) böyük kitab bazarının tədqiqi ilə məşğul olan 1000kitap.com saytı populyar kitabların və yazıçıların reytinqlərini təqdim etmək üzrə ixtisaslaşıb. “Ən populyar 1000 yazar”, “Ən populyar 1000 kitab”, eləcə də 1000 kitap.com saytında təqdim edilən digər – “Ən çox oxunan yazarlar”, “Ən çox oxunan kitablar” reytinqləri kitabların satış faizi, ekspertlərin qiymətləndirməsi, eləcə də oxucuların rəyləri əsasında formalaşır.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol