Heydər Əliyev Fondu Əməkdar artistin səhhəti ilə bağlı məsələni nəzarətə götürdü

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Pərviz Bağırovun səhhəti ilə bağlı məsələ Heydər Əliyev Fondunun nəzarətindədir.
Bunu "Report”a açıqlamasında teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı
Onun sözlərinə görə, P.Bağırov Fondun dəstəyi ilə müalicə aldığı 5 saylı Şəhər Klinik Xəstəxanasından "Bona Dea International Hospital”a köçürülüb: "O, bir neçə gün reanimasiyada qalıb, sonradan palataya köçürülüb. Hazırda vəziyyəti stabil-ağır olaraq qalır. Huşu aydındır, yaddaşında və nitqində bəzi problemlər var. İnsult keçirdiyi üçün bir qolu tamamilə işləmir. İntensiv müalicəsi davam etdirilir. Xəstəxanadan nə vaxt buraxılacağı ilə bağlı hələ məlumat yoxdur”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















