Xanım Qafarova: “Ayağa dura bilmirəm”

“Həkimlər mənə qanköçürmə prosesini də dayandırıblar”.Bunu AzNews.az-a açıqlamasında onkoloji xəstəlikdən əziyyət çəkən, Azərbaycan əməkdar artisti, Musiqili Teatrın aktrisası deyib.O bildirib ki, həkimlərin qənaətinə görə, qanköçürmə prosesini artırmaq olmaz: “Vurulan qandan başqa qidalanmam da güclü olmalıdır. Mənim isə iştaham yoxdur”.Aktrisanın sözlərinə görə, televiziya çəkilişlərinə dəvət edilsə də bundan imtina edir: “Bu vəziyyətdə efirdə görünmək nəyə lazımdır? ATV də evə qəfildən gəldi, çəkiliş də evdə oldu. Bir də ki, ayağa dura bilmirəm. Artıq bütün çəkilişlər mənə mənasız gəlir. Heç nə dəyişməyib. Allah hər bir bəndənin köməyi olsun, mənim də onun içində”.Xatırladaq ki, Xanım Qafarova onkoloji xəstəlikdən əziyyət çəkir. O, bu xəstəliklə bağlı 3 dəfə əməliyyat olunub və Türkiyədə müalicə kursu keçib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















