Mədəniyyət Nazirliyi Zöhrə Abdullayevanın vəfatı ilə əlaqədar nekroloq yayıb

Mədəniyyət Nazirliyi Əməkdar artist Zöhrə Abdullayevanın vəfatı ilə əlaqədar nekroloq yayıb.
Anews.az xəbər verir ki, nekroloqda deyilir:
"Əməkdar artist Zöhrə Abdullayeva vəfat edib.
Azərbaycan Respublikasının Əməkdar artisti, sevilən müğənni Zöhrə Abdulla qızı Abdullayeva 28 may 2021-ci il tarixində vəfat edib.Zöhrə Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub.
Müğənni musiqi sənətində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.
Tanınmış müğənninin əziz xatirəsi onun sevənlərin qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















