Xalq artisti Ramiz Zöhrabovun 75 illik yubileyi qeyd olunub

Mayın 26-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Ramiz Zöhrabovun 75 illik yubileyi münasibətilə tədbir keçirilib.Filarmoniyadan APA-ya verilən məlumata görə, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Lalə Hüseynova bildirib ki, Ramiz Zöhrabov Azərbaycan musiqi elmində özünəməxsus yer tutur: “O, bəstəkarların yaradıcılığına həsr olunmuş 24 monoqrafiyanın, dərsliyin və 300-dən artıq elmi, populyar məqalənin müəllifidir. Ramiz Zöhrabovun tədqiqat əsərləri Rusiyada, Orta Asiya ölkələrində, o cümlədən İran elmi mühitində maraqla qarşılanıb”.Tədbirdə musiqiçilər bəstəkarın əsərlərindən nümunələr səsləndiriblər.Qeyd edək ki, Ramiz Zöhrabov 1939-cu il mayın 2-də Ərdəbildə anadan olub. Azərbaycanın əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının kafedra müdiridir. Kamança və piano üçün "Monoloq", Xalq çalğı alətləri orkestri üçün "Laylay", "Ərdəbil lövhələri" süitası və s. əsərlərin müəllifidir. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















