Azərbaycanlı rejissorların filmi Kann Kinofestivalında

Vergilər Nazirliyinin maliyyə dəstəyi ilə çəkilmiş film Kann Beynəlxalq Kinofestivalında nümayiş olunacaq.Vergilər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan kinorejissorların hazıladığı “Torn” qisametrajlı filmi 67-ci Kann Beynəlxalq Kinofestivalının "Rejissor həftəliyi" proqramına daxil edilib. Rejissorlar - Elmar İmanovun və Engin Kundağın birgə işi olan filmdə baş rolun ifaçıları Rasim Cəfər, Zülfiyyə Qurbanova və Mirmövsüm Mirzəzadə olublar."Torn" qısametrajlı filmi Azərbaycan Respublikası Vergilər Nazirliyinin maliyyə dəstəyi ilə çəkilib. Məqsəd Azərbaycan kinosunun təbliğinə və gənc rejissorlarımızın dünya arenasına çıxmasına yardım etməkdir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















