• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı yazarın kitabı "1000 ən populyar kitab" arasında

Azərbaycanlı yazarın kitabı "1000 ən populyar kitab" arasında
15.05.2014 10:25
Varisin "Son məktub" romanı "1000 ən populyar kitab" reytinqində 180-ci pillədə qərarlaşıb.ANN.Az Anspress-ə istinadən xəbər verir ki, cəmi ay yarım öncə çıxmasına baxmayaraq Azərbaycan yazıçısı Varisin İstanbulda IQ Kültür Sanat Yayınçılıq Yayın Evində işıq üzü görən «Son Mektup» kitabı Türkiyənin nüfuzlu 1000 Kitap.com portalındakı «Ən populyar 1000 kitab» reytinqinə daxil olub və sürətlə irəliləyərək artıq ilk 200-liyə düşüb. May ayının 14-ü "Son mektup" artıq 180-ci pillədə qərarlaşmağa müvəffəq olub. Xarici romanlardan Fyodor Dostoyevskinin «Cinayət və cəza», Xalid Hüseyninin «Çərpələng uçuran», Paolo Koelyonun «Kimyagər» kimi, Türkiyə romanlarından isə Elif Şafakın «Aşk», Kahraman Tazeoğlunun «Bukre», Reşat Nuri Güntekinin «Çalıquşu» kimi romanlarının öndə getdiyi reytinqdə Türkiyə kitab bazarında dövriyyədə olan 60 000 adda yerli və xarici müasir, habelə klassik yazarların ən çox bəyənilən romanları yer alıb. Azərbaycanlı yazarın kitabı ən yeni çıxan (2014-cü ilin mart ayı) kitab olaraq reytinqdə ən böyük irəliləyişi ilə diqqət çəkir. Xatırladaq ki, «1000 ən populyar kitab» reytinqi adıçəkilən ədəbiyyat portalında «Ən çox oxunan kitablar» və «Ən yaxşı kitablar» reytinqləri ilə yanaşı, çoxminli ədəbiyyat həvəskarlarının rəyləri əsasında formalaşır. Top 1000-ə daxil olan bəzi romanların mövqelərini və əmsallarını nəzərinizə çatdırırıq: 1. «Aşk». Elif Şafak 7879 2. «Bukre». Kahraman Tazeoğlu 7774 3. «Olasılıksız». Adam Faver 69364. «Cinayət və cəza». Fyodor Dostoyevski 5920 5. «Çərpələng uçuran». Xalid Hüseyni 5801 6. «Səfillər». Viktor Hüqo 5490 7. «Səndən öncə mən». Jojo Moyes 4557 8. «Üreyim seni çok sevdi». Canan Tan 4283 9. «Min möhtəşəm yüzil». Xalid Hüseyni 4003 10. «Şəkər portağalı». Joze M.De Vaskoncelos 3621 ...180 «Son məktub». Varis 450187. «Yabançı». Albert Kamyu 427 200. «Yüz ilin tənhalığı». Qabriel Markes 411205. «Qırmızı və qara». Stendal 404 275. «Köylülər». Onore de Balzak 329306. «Mənim adım qırmızı». Orxan Pamuk 305 312. «Əsrə bərabər gün». Çingiz Aytmatov 301 391. «Cen Eyr». Şarlotta Bronte 249 398. «Don Kixot». M.Servantes 246 421. «Harri Potter və Azkaban dustağı». J.K.Roulinq 237 436. «Gənc Verterin iztirabları». İohann Höte 233 447. «Dodaqdan qəlbə». R.N.Güntekin 227458. «Ölü canlar». Nikolay Qoqol 221 475. «Şerlok Holms və Doktor Vatson». Artur Konan Doyl ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol