Əzim Əzimzadənin xatirəsinə həsr edilmiş sərgi FOTOLAR

Bu yaxınlarda Müasir İncəsənət Mərkəzində əfsanəvi Azərbaycan rəssam-karikaturaçısı, həmyerlilərinin yaddaşında ən gözə çarpan ədəbi əsərlərin illüstratoru kimi qalmış Əzim Əzimzadənin 134 illiyinə həsr edilmiş sərgi açıldı.
Çoxlu davamçıları və pərəstişkarları olan Əzim Əzimzadə öz işinin görkəmli ustası idi. Gənc rəssamların sərgisində biz bir daha buna əmin olduq.
Əzimzadənin əsərlərinin əsas mövzusu sosial ziddiyyətlər, ənənələr və xalqın məişəti idi. Maraqlı fakt ondan ibarətdir ki, Əzim Əzimzadənin xüsusi bədii təhsili olmasa da, onun bədii satirası Azərbaycan karikatura məktəbinin əsasını qoydu. Belə yerdə deyirlər ki, rəssam olmurlar, rəssam doğulurlar.
Təşkilatçıların üç zalda yerləşdirdikləri rəsmlərə baxarkən, mən də bütün qonaqlar kimi, yaxşı mənada təəccübləndim. Qeyd etməyə dəyər ki, bizim Azərbaycan rəssamlarımızı həmişə fərqləndirən cəhət ondan ibarət olub ki, onlar dünya rəssamlığının əsas elementlərini öz milli istiqamətləri ilə birləşdirərək, inanılmaz sintez etmək bacarığına sahibdirlər, bunun sayəsində də qalın kətanda cəzbedici rəng çalarları ilə valehedici işlər yaradırlar. Bu sərgi də istisna olmadı.
ANN.Az-la söhbət zamanı Əzim Əzimzadənin ev muzeyinin direktoru İradə xanım dedi ki, gənc rəssamların Əzim Əzimzadəyə necə böyük hörmətlə yanaşmasını görmək ona çox xoşdur. "Sərgi mənim çox xoşuma gəldi. Uşaqlar çox çalışdılar, bu, onların gördükləri işdən görünür. Mənə xoşdur ki, bu tədbir Əzim Əzimzadənin doğum gününə həsr edilmişdir. Mən arzu edirəm ki, müvəqqəti olaraq təmirə bağlanmış muzeyimiz tezliklə açılsın. Çünki orada bu istedadlı gənc rəssamların əl işlərinin sərgisini keçirmək istəyirəm, onlar öz rəsmləriylə ustad rəssam Əzim Əzimzadənin xatirəsini yad etdilər. Ələxsus da gənclərin nümayiş etdirdikləri rəsmlər məni çox sevindirdi. Baxmayaraq ki, burada gənc rəssamlar iştirak edirlər, onların əl işləri kifayət qədər yetkindir", İradə xanım dedi.
ANN.Az paytaxtımızda keçirilən mədəni tədbirləri diqqətsiz qoymur və sizə istedadlı Azərbaycan rəssamı Emil Əzizin əl işlərini təqdim edir.
Kamal Əli
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















