Sənətçilərimiz Qazaxıstana gedir

Xəbər verdiyimiz kimi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşəbbüsü ilə Azərbaycan Dövlət Opera və Balet Teatrında Qazaxıstanın görkəmli bəstəkarı, SSRİ Xalq Artisti Erkeqali Raxmadiyevin “Alpamıs” operası böyük müvəffəqiyyətlə səhnəyə qoyulub.
Opera və Balet Teatrının mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, bu layihənin davamı olaraq tamaşa mayın 17-də Qazaxıstanın paytaxtı Astanada nümayiş olunacaq.Tamaşada iştirak etmək üçün TÜRKSOY-un rəhbərliyi tərəfindən Opera və Balet Teatrının bir qrup sənətçisi Astanaya dəvət olunublar. Onlar “Alpamıs” operasının tamaşasında əsas partiyaları ifa edəcəklər.Səhnə əsərində Azərbaycanlı sənətçilərlə yanaşı, Astana Dövlət Operasının orkestri və xoru iştirak edəcəkdir. Orkestri gənc və istedadlı dirijor, beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcəkdir.Tamaşada TÜRKSOY-un baş katibi Düsen Kaseinovun, habelə türkdilli ölkələrin mədəniyyət nazirlərinin iştirakı nəzərdə tutulub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















