Dilarə Kazımova 3-cü oxuyacaq

“Eurovision-2014” mahnı müsabiqəsi təmsilçilərinin finalda çıxış ardıcıllığı müəyyənləşib.
ANS PRESS-in məlumatına görə, Azərbaycanı təmsil edən Dilarə Kazımova 3-cü çıxış edəcək.
Qeyd edək ki, Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilən “Eurovision-2014” mahnı müsabiqəsinin ikinci yarımfinalı may ayının 8-də böyük uğurla başa çatıb.
Mayın 10-da keçiriləcək və Azərbaycanın da çıxış edəcəyi “Eurovision-2014” mahnı müsabiqəsinin təmsilçilərinin final mərhələsində çıxış ardıcıllığı belədir:
1.Ukrayna, 2.Belarus, 3.Azərbaycan, 4.İslandiya, 5.Norveç, 6.Rumıniya, 7.Ermənistan, 8.Monteneqro, 9.Polşa, 10.Yunanıstan, 11.Avstriya, 12.Almaniya, 13.İsveç, 14.Fransa, 15.Rusiya, 16.İtaliya, 17.Sloveniya, 18.Finlandiya, 19.İspaniya, 20.İsveçrə, 21.Macarıstan, 22.Malta, 23.Danimarka, 24.Niderland, 25.San Marino, 26.Birləşmiş Krallıq.
“Eurovision” mahnı müsabiqəsinin icraçı direktoru Yan Ola Sand və təşkilat komitəsinin digər üzvlərinin təsdiq etdikləri final mərasimində çıxış edəcək ölkələrin ardıcıllığı şounun prodüserləri və Danimarkanın rəsmi yayım hüququ olan “DR” telekanalı tərəfindən müəyyənləşib.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















