Bakıda minlərlə kitaba endirim aksiyası - DİQQƏT

Zero Kitab Evi 10 may (şənbə günü) saat 15:00-17:00 arası endirimli təqdimat aksiyası keçirir.ANN.Az-ın verdiyi xəbərə görə, təqdimat günü Fyodor Dostoyevskinin Bakıda yeni nəşr olunmuş "Əbədi Ər" romanını alan hər kəs mağazadakı digər minlərlə kitaba 20 faiz endirim əldə etmiş olur. Kampaniya yalnız həmin gün keçərlidir. Əsərləri hər zaman maraqla oxunan Dostoyevskinin "Əbədi ər" romanında qəzəb və nifrətin sevgini necə məhv etdiyi göstərilir. Ancaq bütün bunar o demək deyil ki, nifrət güclü, sevgi isə zəifdir.Bu romanı oxusanız, ərləri vasitəsi ilə oynaş tapan qadınların iç üzünü görəcək, pis əməllərin və günahın son nəfəsədək insanın yaxasını buraxmamağının, yaddaşın əzab verməsinin, dost xəyanətinin mahiyyətini anlayacaqsınız. Ünvan: İstiqlaliyyət 71, Zero Kitab Evi (Sabir Bağı ilə üzbəüz)ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















