“Milli cizgi filmlərimizin hazırlanması üçün dövlət tərəfindən yardıma ehtiyac var”

“Prezident milli teleserialların çəkilməsi üçün zəruri addımı atdı, milli cizgi filmlərimizin meydana gəlməsi üçün də dövlət tərəfindən belə bir yardıma ehtiyac var”. Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib. N. Məhərrəmli bildirib ki, Azərbaycanda cizgi filmlərinin çəkilməsi ilə bağlı problem gündəmdə qalır: “Azərbaycanda uşaqlarla bağlı verilişləri, cizgi filmləri demək olar ki, yox dərəcəsindədir. Uşaqlarımız bu gün xarici cizgi filmlərinin tərbiyəsi altında böyüyürlər. Bu, indiki dövrdə Azərbaycan üçün qəbul edilən hal deyil. İstərdik ki, hər hansı formada Mədəniyyət və Turizm Nazirliyinə, kino sahəsində ixtisaslaşan qruplara cizgi filmlərinin çəkilməsi üçün vəsait ayrılsın. Əsas məsələ cizgi filmləri çəkən kadrların yetişməsi, sonra da cizgi filmlərinin çəkilməsidir. Biz demirik ki, 1 il ərzində bütün məsələləri həll edək. Amma bu problem həll edilməlidir”. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















