KVN komandası niyə “Şuşa” adını “Buta”ya dəyişib? - Müşfiq Abbasovdan açıqlama

Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022”) Azərbaycanı təmsil edən "Şuşa” komandası adını "Buta” olaraq dəyişib.
"Birinci turda bütün komandalar iştirak edirlər. bu tura KVN-in 10-dək redaktoru baxır. Komandanın aqibəti ikinci turdan sonra məlum olur.
Birinci turdan sonra iclas oldu. İclasda redaktorlardan biri – Araik soyadlı redaktor dedi ki, filan komandalar ikinci tura keçir, "Şuşa” komandası yalnız adını dəyişsə, iştirak edə bilər. O söylədi ki, mənə bunu Ruben deyib. Ruben adlı burda bir nəfər var – o, Maslyakovun müavinidir.
İkinci turda hansı komandaların oynayacağını Ruben həll edir. Dedik ki, onda ikinci tur üçün adımızı dəyişək, Ruben bizi buraxsın, icazə versin ki, ikinci turda iştirak edək”, - M.Abbasov bildirib.
O qeyd edib ki, hazırda komandanın adı "Şuşa”dır:
"Maslyakov dedi ki, size başa düşürük, amma "Şuşa” adı başağrısı ola bilər. Onda dedim, biz imtina edirik və ölkəmozə qayıdırıq. Otaqdan çıxmaq istəyəndə, dedi, gözlə, biz bir də müzakirə edək. İndi gözləyirik, desələr ki, "Şuşa” adı ilə iştirak edə bilərik, onda davam edəcəyik, əgər başqa adla iştirakəməzı istəsələr, geri dönəcəyik”.
Daha ətraflı videomaterialda:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















