Zahir Əzəmətin "Balaca adamı" oxucularla görüşdü - FOTOLAR

Mayın 4-də "Zero" Kitab Evində yazar Zahir Əzəmətin "Balaca adam" kitabının imza günü keçirilib. Təqdimat mərasimində müəllifin qələm dostları, oxucuları və KİV nümayəndələri iştirak ediblər. Təqdimat "Zero" Kitab Evi və "Dalğa" Gənclər Hərəkatının təşkilatçılığı ilə baş tutub.Onlarla oxucunun iştirak etdiyi tədbirdə müəllif hər kəsə iştirakına görə təşəkkür etmiş və hər kəs üçün kitab imzalamışdır. "Balaca adam"da tanınmış yazar Zahir Əzəmətin 2006-2009-cu illərdə "Alma" qəzetində yayımlanan publisistik yazıları, esseləri toplanıb. Bu yazılarda qoyulan problemlər, toxunulan mövzular bu gün də aktualdır. "Qanun" Nəşrlər Evinin dəstəyi ilə çap olunan kitabın tərtibçisi Sevinc Çılğın, redaktoru Şəmşad Ağadır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















