Dilarə Kazımova oxuyacağı balladanın səhnə quruluşunu təqdim etdi - Eurovision

Azərbaycanın “Eurovision” təmsilçisi Dilarə Kazımova ilk dəfə olaraq «Start a Fire» balladasının səhnə quruluşunu təqdim edib. APA-nın xəbərinə görə, Azərbaycan təmsilçisi hava gimnastı və üç bek-vokalçı ilə səhnəyə çıxıb. Qadın gimnastı 8-metrlik trapesiyada çıxış edib. “Eurovision” tarixində bu ilk belə hadisədir ki, nömrə hava gimnastının iştirakı ilə qurulub. “Start a Fire”-nin quruluşçusu İsveç rejissoru və xoreoqrafı Osa Enqmandır. Səhnə quruluşu Polşa-yapon xoreoqrafı Petr Torazava Giro ilə əməkdaşlıqda həyata keçirilib. Dilarə Kazımova “Start a Fire” mahnısını 8-ci nömrə altında “Eurovision” müsabiqəsinin birinci yarımfinalında may ayının 6-da təqdim edəcək.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















