“Eurovision-2014” mahnısının türk dilində versiyası təqdim edilib

Azərbaycanın “Eurovision-2014” təmsilçisi Dilarə Kazımova türk pərəstişkarları üçün “Start a Fire” mahnısının yeni versiyasını təqdim edib. APA-nın məlumatına görə, “Start a Fire” balladası türk dilində “Alev Gibi” adlanır. Təşkilatçılar bildiriblər ki, Dilarə Kazımovanın mahnısı Avropada “Eurovision” fanatları arasında populyarlıq qazanıb: “Pərəstişkarlar və “Eurovision”un başqa iştirakçıları hətta “Start a Fire” mahnısının kaver-versiyalarını yaradıblar. Dilarə “Start a Fire” mahnısının daha bir neçə müxtəlif dildə versiyalarını yazdırmaq niyyətindədir. Bu yaxınlarda Dilarə mahnısının “Bir qığılcım” adlı Azərbaycan versiyasını təqdim edib”. Qeyd edək ki, Dilarə Kazımova mahnısını bütün dillərdə oxumaq arzusunu dilə gətirib: “İstərdim, mahnımı bütün dillərdə oxuyum ki, tamaşaçılar və dinləyicilər bizim mahnı ilə tanış olsunlar”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















