Ukraynanın “Eurovision 2014” təmsilçisi Azərbaycana gəlir - FOTOLAR

Ukraynanı “Eurovision 2014” mahnı müsabiqəsində təmsil edəcək Mariya Yaremçuk yaxın zamanlarda Azərbaycana səfər edəcək.APA-nın xəbərinə görə, bu haqda müğənninin rəsmi səhifəsində yer alan məlumatda bildirilir. “Mən Azərbaycan haqqında çox eşitmişəm. Bakıda olmaq çoxdankı arzumdur. İnana bilmirəm ki, tezliklə Odlar Yurdunda olacağam. Həmişə “Eurovision” mahnı yarışmasında Azərbaycan təmsilçilərinin çıxışlarını böyük maraqla izləmişəm. Bu il isə Dilarə Kazımovanın lirik “Start a Fire” mahnısı ürəyimcə olub. Ümid edirəm ki, Azərbaycanda məni unudulmaz məcaralar gözləyir”, - deyə M.Yaremçuk vurğulayıb. Qeyd edək ki, M.Yaremçuk mayın 6-da Kopenhagendə “Eurovision 2014” mahnı müsabiqəsinin birinci yarımfinalında “Tick Tock” mahnısı ilə çıxış edəcək. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















