Sumqayıtda gənc yazıçı ilə görüş

Sumqayıt şəhərindəki 31 nömrəli orta məktəbdə gənc yazıçı Cavid Zeynallı ilə görüş keçirilmişdir.AzərTAc xəbər verir ki, görüş “Gənc yazıçıların Sumqayıtda imza günləri” layihəsi çərçivəsində reallaşmışdır.Layihənin rəhbəri Türkan Rəhimova bildirmişdir ki, gənc yazıçıların imza günlərinin məqsədi gənclər arasında kitaba marağı artırmaq və gənc qələm adamlarının tanıdılmasına nail olmaqdır.Gənc yazıçı C.Zeynallı ədəbi yaradıcılıq fəaliyyəti, yeni nəşr olunan “Leyla” romanı ilə bağlı görüş iştirakçılarını məlumat vermiş və onların suallarını cavablandırmışdır.Sonda Cavid Zeynallı “Leyla” romanını öz imzası ilə iştirakçılara təqdim etmişdir.ANNET.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















