Azərbaycanda bu muzeyin adı dəyişdi

Nazirlər Kabineti Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin adının dəyişdirilməsi haqqında qərar qəbul edib. ANS PRESS-in məlumatına görə, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi "Azərbaycan Xalça Muzeyi" adlandırılacaq. Bu qərar Mədəniyyət və Turizm Nazirliyinin, Maliyyə, Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən verilib. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















