• $
  • €
  • ₽
  • ₺
  • £

Hüseyn Cavid yaradıcılığı ABŞ-da tədqiq olunur

Hüseyn Cavid yaradıcılığı ABŞ-da tədqiq olunur
11.04.2014 23:49
Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin yaradıcılığı ABŞ-ın Massaçusets Amherst Universitetində tədqiq olunur.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin ev- muzeyindən AzərTAc-a bildiriblər ki, Massaçusets Amherst Universitetinin professoru Audrey L. Altstadt uzun müddətdir H. Cavid yaradıcılığının tədqiqi ilə məşğul olur. Onun “Beynəlxalq Dil və Ədəbiyyat Jurnalı”nın (“Journal of Language and Literature”) 2014-cü ilin fevralında çapdan çıxmış 5-ci cildinin 1-ci nömrəsində “Hüseyn Cavid və Azərbaycan Yazıçılar Birliyi” (“Husein Javid and The Writers Union of Azerbaijan”) sərlövhəli məqaləsi də dərc olunub.Audrey L. Altstadt 2012-ci ildə AMEA Hüseyn Cavidin ev- muzeyinin böyük mütəfəkkirin 130 illik yubileyi münasibətilə keçirdiyi “Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında” mövzusunda beynəlxalq elmi konfransda Azərbaycan dilində məruzə edib.Alim AMEA Hüseyn Cavidin ev-muzeyi ilə sıx əlaqə şəraitində tədqiqatını davam etdirir.ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol