Xaricdə kino təhsili almaq istəyənlərin nəzərinə

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası xaricdə kino təhsili almaq istəyən gənclərə müraciət edib.“Azərbaycanfilm”in direktoru Müşfiq Hətəmovun APA-ya verdiyi məlumata görə, özündə bacarıq və istedad hiss edən, yaradıcılıq həvəsi olan gənclər dövlətin yaratdığı imkandan istifadə etməklə xaricdə kino ixtisası üzrə yüksək təhsilə yiyələnə bilərlər: “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” bu işə maraq göstərənlər üçün geniş imkanlar açır. Proqrama əsasən xaricdə təhsil haqqı, yataqxana və ya ev kirayəsi, digər yaşayış xərcləri, viza, qəbul edən ölkədə qeydiyyat, zəruri tədris ədəbiyyatı ilə təminat, tibbi sığorta, Azərbaycandan təhsil aldığı ölkəyə və geriyə gediş-gəliş xərcləri dövlət tərəfindən ödənilir. Mədəniyyət və Turizm Nazirliyi gənclərimizin xaricdə təhsil almasını daim diqqət mərkəzində saxlayır. Təhsil Nazirliyinin rəhbərliyi öz müraciətlərində gənclərimizi bu Proqramdan yararlanmağa çağırır”. M.Hətəmov qeyd edib ki, xaricdə təhsil almaqla bağlı bütün məlumatları “xaricdetehsil.edu.gov.az” saytından əldə etmək mümkündür: “Aparıcı beynəlxalq kino məktəblərində təhsil almış, dünyanın nüfuzlu kinematoqrafçılarından sənətin sirlərini mənimsəmiş, rejissor və operator sənəti, kino rəssamlığı, səsyazma, animasiya və qrafika - bütün bu ixtisaslar üzrə təhsil almış gənclərə ehtiyacımız böyükdür. Bu məqsədlə “Azərbaycanfilm” kinostudiyası olaraq xaricdə təhsil alacaq gənclərimizə əlimizdən gələn köməkliyi əsirgəməyəcəyik”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















