Rusiyanın populyar müğənnisi Bakıda konsert verəcək

Mayın 2-4-də Heydər Əliyev Sarayında Rusiya estradasının populyar müğənnisi Stas Mixaylov “Joker” adlı yeni solo konsert proqramı ilə çıxış edəcək.
AzərTAc xəbər verir ki, 1997-ci ildən fəal musiqi fəaliyyətinə başlayan, bəstələdiyi və ifa etdiyi gözəl mahnılarla Rusiya şou-biznesinin gündəmində qalmağı bacaran, həmişə arzu edilən sənətçi S.Mixaylovu Azərbaycanda da çox sevirlər.Konsert proqramında Stas Mixaylovun məşhur hitləri ilə yanaşı, yeni mahnıları da yer alacaqdır. Hər bir mahnını yüksək keyfiyyətli, ustalıqla hazırlanmış animasiya filmləri və videoçarxlar müşayiət edəcək.ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















