Abituriyentlər daha bir ixtisas seçə biləcək

Bu ixtisas üzrə seçmə turda abituriyentlər musiqi təhsili aldığı alətdə müvafiq proqram ifa etməlidirlərAli təhsil müəssisələrinin musiqi müəllimliyi ixtisasına fortepiano, tar, kamança, qarmon, saz alətləri üzrə musiqi təhsili almış və bu barədə müvafiq sənədi (diplom və ya şəhadətnamə) olan abituriyentlər sənəd verə bilərlər.Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat mərkəzindən ANS PRESS-ə daxil olan məlumata görə, bu ixtisas üzrə seçmə turda abituriyentlər musiqi təhsili aldığı alətdə müvafiq proqram ifa etməlidirlər.Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin musiqi müəllimliyi ixtisasına fortepiano, skripka, tar, kamança, qarmon, saz alətləri üzrə musiqi təhsili almış və bununla bağlı müvafiq sənədi (şəhadətnamə) olan abituriyentlər sənəd verə bilərlər. Bu ixtisas üzrə seçmə turda abituriyentlər musiqi təhsili aldıqları alətdə müvafiq proqram ifa etməlidirlər.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















