Pol Qoqenin tablosunun qiyməti 40 milyon dollardan çox ola bilər

Fransa rəssamı Pol Qoqenin 1070-ci ildə oğurlanmış və İtaliyada aşkar edilmiş əsərinin qiyməti 40 milyon dollardan çox ola bilər.İtaliya polisi bu yaxınlarda Pol Qoqen və Pyer Bonnarın 40 il əvvəl oğurlanmış əsərlərini aşkar etmişdir.Qoqenin əsəri 13-41 milyon dollar arasında, Bonnarın əsəri təqribən 800 min dollar civarında qiymətləndirilir. Həmin rəqəmləri İtaliya polisinin mədəni irs məsələləri ilə məşğul olan departamentinin nümayəndələri xüsusi mətbuat konfransında açıqlamışlar.İtaliyanın mədəniyyət naziri Dario Françeskini qeyd etmişdir ki, söhbət Qoqenin “Masada meyvə və ya balaca it ilə sakit həyat” və Bonnarın “Qadın və onun iki stulu” əsərlərindən gedir. Oğurluqdan əvvəl hər iki əsər Londonda şəxsi kolleksiyaların birində saxlanılırdı. Əsərlərin sahibinin adı açıqlanmır.Qoqenin və Bonnarın əsərlərini 1975-ci ildə itirilmiş əşyalar hərracında İtaliyanın “Fiat” avtomobil konserninin işçisi almışdır. Əsərlər hərraca Paris-Turin dəmir yolundakı stansiyaların birinin tapıntılar bürosundan gətirilmişdi: onların qatarda unudulduğu güman edilirdi. Əsərlərin çox dəyərli olduğunu ağlına gətirməyən italiyalı onları 32 dollara almışdı. Tablolar 40 il müddətində onun əvvəlcə Turindəki, daha sonra Siciliyadakı mətbəxində asılmışdı.Rəsm əsərlərinin həqiqi mənşəyi yalnız ötən ay müəyyən olunmuşdur. Bunun üçün polis əvvəlcə uzun sürən araşdırma aparmışdır. İtaliyalının oğlu evdəki şəkil ilə kitabda rastına çıxan Qoqenin başqa bir əsəri arasında oxşarlıq hiss etmişdir. Ailə ekspertlərlə məsləhətləşdikdən sonra polisə müraciət etmişdir.Müstəntiqlər müəyyən etmişlər ki, Qoqenin əsəri art-sərgi kataloqlarından 1970-ci illərdə yoxa çıxmışdır. Sonra onlar həmin illərin KİV-lərindəki məlumatları oxuyaraq, Londonda yaşayan bir ailəyə çıxmışlar.D.Françeskini demişdir: “Bu, qeyri-adi əhvalat, əcaib kəşfdir. İtaliya polisinin mədəni irs departamentinin bu illər ərzində gördüyü işlərin tacıdır”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















