Maykl Ceksonun heç yerdə səslənməyən yeni mahnıları - VİDEO

Pop musiqisinin kralı Maykl Ceksonun yeni albomu işıq üzü görəcək. ANS PRESS-in məlumatına görə, diskdə ifaçının bundan öncə heç yerdə eşidilməyən 8 mahnısı yer alacaq. Diskın buraxılış tarixi may ayının 13-ə planlaşdırılıb. 5 il bundan öncə vəfat etmiş məşhur ifaçının ölümündən sonra yarımçıq qalmış musiqi işlərinin sona çatdırılmasında ABŞ-ın qabaqcıl menecer və prodüserləri əməkdaşlıq ediblər. Tamamlanan işlər “XSCAPE” adlı albomda toplanacaq. Yeni albomda eyni adlı mahnı da yer alacaq. Qeyd edək ki, ifaçının ölümündən sonra ilk dəfə 2010-cu ildə "Sony" şirkəti Maykl Ceksonun pərəstişkarlarını sevindirib. Şirkət ulduzun studiya diski olan “Michael” adlı albomunu istehsal edib. Dünyanın ən yaxşı müğənnilərinin siyahısında yer alan Maykl Cekson 2009-cu ildə iyun ayının 25-i 51 yaşında vəfat edib. Onun “Thriller” adlı albomu ən çox satılan disk kimi rekordlar kitabına düşüb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















