Lənkərandakı Xan evi əsaslı təmir edilir

Lənkəran şəhərində Tarix Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərən Xan evində əsaslı təmir və bərpa işləri aparılır.AzərTAc xəbər verir ki, təmir və bərpa işlərinə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun planı əsasında ötən ilin noyabrında başlanmışdır.Təmir işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulmuşdur.Bərpa işləri aparılarkən binanın ilkin quruluşu saxlanılmaqla yanaşı, burada su-kanalizasiya, istilik, işıqlandırma və havalandırma sistemləri də qurulacaqdır.Memarlıq abidəsində təmir və bərpa işləri başa çatdıqdan sonra burada müasir standartlara uyğun muzey fəaliyyət göstərəcəkdir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















