Baş redaktor: “Ədəbiyyat qəzeti”ndə yoxlamalar aparılmır”

“Ədəbiyyat qəzeti”ndə yoxlamaların başlanması haqqında yazılanlar mənasız söhbətlərdir, həqiqətə uyğun deyil”.Bunu APA-ya açıqlamasında “Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfalı deyib. Onun sözlərinə görə, maliyyə yoxlaması ilə bağlı deyilənlər bəzi jurnalistlərin uydurmasıdır: “Biz qəzet nəşr edirik, ədəbiyyatla bağlı yazılar çap edirik. Bura təsərrüfat müəssisi deyil ki, yoxlama aparılsın. Yayılan məlumat dedi-qodudan başqa bir şey deyil. Məsləhət görürəm ki, yazılanlara, deyilənlərə heç kim inanmasın. Çox adam çox şey yaza bilər”. Qeyd edək ki, mətbuatda Yazıçılar Birliyinin aprel ayında keçirilməsi planlaşdırılan qurultayı ərəfəsində “Ədəbiyyat qəzeti”ndə maliyyə yoxlamasının başlaması haqqında məlumat yayılıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















