Azərbaycanın "Eurovision-2014” mahnısı bəlli oldu - VİDEO

Azərbaycan təmsilçisi Dilarə Kazımova “Eurovision-2014” mahnı müsabiqəsində “Start a Fire” mahnısını ifa edəcəkdir.AzərTAc xəbər verir ki, mayın 6-da Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək birinci yarımfinalda D.Kazımova B&W Hallerne arenasında tamaşaçılar qarşısına məhz bu mahnı ilə çıxacaqdır.Mahnısını güclü və eyni zamanda həssas qadının etirafı kimi təsvir edən gənc və istedadlı Dilarə Kazımova demişdir: “Bu mahnı sadəcə məhəbbətdən deyil, həmçinin mərhəmət, insanlıq, qarşılıqlı hörmət və bəzən çox qəddar olan dünyada tənha olmağın səbəbləri barədədir. Mahnının süjeti faciəvi olsa da, lakin sonunda işıqlı gələcəyə ümid var. Sanki qaranlıqda isti, zəif duyulan işıq görürsən. İndi mən, bu mahnıda yaşayıram, onu sonuncu nota qədər hiss eləmişəm və çox istərdim ki, auditoriya da onun dərin mənasını dərk eləsin”.“Start a Fire” mahnısı istedadlı müəlliflər – Yohann Kronland, Allessandr Qutxardt və Stefan Örn tərəfindən yazılmışdır.Qeyd edək ki, S.Örn “Eurovision- 2011”in qalib mahnısı “Running Scared”ın müəlliflərindəndir.Mahnıda deyilir: “Hətta ən zəif işıq belə alov yarada bilər”. Ola bilər ki, bu alov avropa dinləyiciləri arasında Azərbaycan təmsilçisinə birincilik gətirsin. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















