Hüseyn Dərya Tərtərdə dəfn olunacaq

Reperin atasının məzarının yanında torpağa tapşırılacağı deyilirHadisə Ötən axşam qəzaya uğrayaraq 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən, lakin bu gün səhər saatlarında dünyasını dəyişən reper Hüseyn Dərya Tərtərdə dəfn ediləcək. ANS PRESS-in xəstəxanada olan müxbirinin verdiyi məlumata görə, dəfn mərasimi sabah baş tutacaq. Onun atasının məzarının yanında dəfn ediləcəyi deyilir. Mərhumla vida mərasimi isə bu gün Qaraçuxur qəsəbəsindəki evində olacaq. ANS PRESS-in məlumatına görə, artıq mərhumun yaxınları xəstəxanaya toplaşıblar. Onların arasında H.Dəryanın iki həyat yoldaşı, bacısı, qayınanası, hətta oğlu da var. Qeyd edək ki, ötən gün saat 23 radələrində Hüseyn Dərya idarə etdiyi “Opel Astra” markalı 99 EK 575 nömrə nişanlı minik avtomobili idarə edərkən Heydər Əliyev Beynəlxalq Hava limanına gedən yolda qəzaya düşüb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















