Tanınmış reper Hüseyn Dərya vəfat etdi

Yol qəzasına düşən Azərbaycanın tanınmış reperi Hüseyn Dərya vəfat edib.Bu barədə APA-ya 3 saylı şəhər Klinik Xəstəxanasından bildirilib. Məlumata görə, Hüseyn Dərya yarım saat əvvəl dünyasını dəyişib. Qeyd edək ki, ötən gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, tanınmış reper Hüseyn Dəryanın idarə etdiyi 10 SB 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən KamAZ markalı maşına çırpılıb. Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















