Azərbaycanın "Eurovision" təmsilçisi təsdiqləndi - FOTOLAR

Dilarə Kazımovanın hansı mahnı ilə yarışmaya qatılacağı martın 15-nə kimi açıqlanacaqAzərbaycanı "Eurovision 2014" mahnı müsabiqəsində kimin təmsil edəcəyi təsdiqləndi. ANS PRESS-in məlumatına görə, ötən gecə saat 23:00-da İTV kanalında final gecəsi baş tutub. Mahnı müsabiqəsində Azərbaycanı "Eurovision-2014" üçün milli seçim turu olan Böyük Səhnə beynəlxalq televiziya şousunda qalib gələn Dilarə Kazımova təmsil edəcək.D.Kazımova mayın 6-da Kopenhagenin B&W Hallerne arenasında "Eurovision" mahnı müsabiqəsinin ilk yarımfinalında səhnəyə çıxacaq. Müğəninin hansı mahnı ilə yarışmaya qatılacağı isə martın 15-nə kimi açıqlanacaq.Dilarə Kazımova “Milk and Kisses” qrupunun keçmiş üzvü və “Yeni Dalğa 2010” müsabiqəsinin laureatıdır. O bundan öncə də 2008-2010-cu illərdə "Eurovision" mahnı müsabiqəsinin seçimlərinə qatılıb.Azərbaycanın Eurovision-2014 üçün milli seçimlərinin qalibini yerli və xarici ekspertlər, musiqi, şou-biznes və televiziya peşəkarlarından ibarət münsiflər heyəti müəyyənləşdirib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















