Ramiz Əzizbəylinin dəqiq xəstəliyi bəlli oldu

Tibb Universitetinin tədris - terapiya şöbəsinin reanimasiyasına yerləşdirilən Xalq artisti Ramiz Əzizbəyliyə diaqnoz qoyulub. Bu barədə Publika.az-a aktyorun həyat yoldaşı Zümrüd Əzizbəyli məlumat verib. Onun sözlərinə görə, həkimlər xalq artistinin beyin işemiyası xəstəliyindən əziyyət çəkdiyini bildirib. Zümrüd xanım hələ də Ramiz Əzizbəylinin yanına əzizlərinin buraxılmadığını söylədi: "Yanına heç kəsi buraxmırlar. Heç biz də ailə üzvləri olaraq onu görməmişik. Amma həkimlər onun vəziyyətinin düzələcəyini deyirlər. Ramiz nitqində qüsur olsa da danışır. Amma yerimir. Yataq şəraitindədir. Ümidimiz Allaha və həkimlərədir. Ramiz uzun müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi və üst-üstə yığılan bu problemlər nəhayət gətirib buna çıxardı”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















