Nazirlik: Ramiz Əzizbəylinin səhhəti və müalicəsi diqqətdə saxlanılır

“Xalq artisti Ramiz Əzizbəylinin səhhəti, onun müalicəsi Mədəniyyət və Turizm Nazirliyinin daim diqqətindədir”.Bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov deyib. O, fevralın 24-də C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovun R. Əzizbəylinin özü və həkimi ilə görüşdüyünü söyləyib: “Müşfiq Hətəmov və nazirliyin məsul əməkdaşı nazir Əbülfəs Qarayevin tapşırığı ilə bu gün də xalq artistinin vəziyyəti ilə maraqlanmaq üçün ona baş çəkəcəklər. Dövlət Ramiz Əzizbəyliyə həmişə diqqət və qayğı göstərib. Bu gün həkimlərlə bir daha danışılacaq, nə kömək lazımdırsa, ediləcək”. Qeyd edək ki, R. Əzizbəyli fevralın 21-də beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















