İsgəndəriyyə Kitabxanası Nizami Gəncəvi irsindən ibarət kataloq hazırlayır

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru, Dünya Elektron Kitabxanasının icraçı direktoru İsmayıl Seragəldinin rəhbərliyi ilə İsgəndəriyyə Kitabxanası tərəfindən Şərq mədəniyyətinin dahisi sayılan Nizami Gəncəvi irsindən ibarət kataloq ilkin hazırlıq mərhələsindədir.Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kataloqa Nizami Gəncəvi irsini araşdıran dünya tədqiqatçılarının bütün əlaqələri, “Xəmsə”nin əlyazmalarının dünya arxivlərində mövcud olan nüsxələrinin qeydiyyatı, Nizami Gəncəvi irsinə həsr olunmuş kitablar, araşdırmalar, məqalələr, analizlər daxildir. Layihənin I mərhələsində Harvard, Kembridc, Oksford, Konqres Kitabxanası, Fransa Milli Kitabxanası və İsgəndəriyyə Kitabxanasındakı arxivlərin kataloqlaşdırılması nəzərdə tutulub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin Afina şəhərində keçirilən V toplantısında bu layihənin təqdimatı keçirilib. Təqdimatda iştirak edən Latviyanın sabiq prezidenti Vaira Vike-Freiberga, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Rumınyanın sabiq prezidenti Emil Konstantinesku, UNESCO-nun xoşməramlı səfiri Marianna V. Vardinoyannis və digər rəsmilər layihəni Nizami Gəncəvi irsinin araşdırılması istiqamətində atılan ən önəmli addım kimi qiymətləndiriblər. Bu arada Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun birgə təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bu ilin aprelində Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq çərçivəsində növbəti müzakirələr baş tutub. Albaniyanın sabiq prezidenti Rexhep Meidani, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Serbiyanın sabiq prezidenti Boris Tadiç və Avropa Parlamentinin Demokratikləşdirmə Komitəsinin sədri, Yunanıstanın sabiq Xarici işlər naziri Dora Bakoyannis ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri arasında keçirilən görüş zamanı Foruma hazırlıqla bağlı ətraflı fikir mübadiləsi aparılıb.Qeyd edək ki, Azərbaycan Prezidentinin himayəsi ilə inkişaf etməkdə olan bu qlobal təşəbbüs Şərqlə Qərb, xüsusilə də islam və xristian dünyası arasında dialoqun yaradılmasına göstərilən önəmli dəstəkdir. Artıq dünyanın 60-a yaxın ölkəsindən bu təşəbbüsə müsbət dəstək gəlib və dünyanın bütün materiklərindən liderlərin toplanması nəzərdə tutulub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















