“Min bir gecə” baletinin premyerası olacaq

Belarus Opera və Balet Teatrında azərbaycanlı bəstəkar Fikrət Əmirovun musiqisi əsasında “Min bir gecə” balet tamaşası təqdim olunacaq. Belarusun Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, baletə quruluş vermək üçün Azərbaycanın xalq artisti, quruluşçu-baletmeyster Mədinə Əliyeva, quruluşçu-rəssam İnarə Aslanova və beynəlxalq müsabiqələr laureatı, dirijor Eyub Quliyev Minskə dəvət olunub. “Min bir gecə” baletinin premyerasının fevralın 15-də Minskdə keçiriləcəyi gözlənilir. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















