Fazil Mustafanın yeni kitabı çapdan çıxıb

Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafanın yeni kitabı çapdan çıxıb. APA-nın xəbərinə görə, “Zamanı tələsdirənlər” adlı kitab «NURLAR» Nəşriyyat-Poliqrafiya Mərkəzində işıq üzü görüb. Kitabda Fazil Mustafanın 2013-cü ilin sonlarında dövri mətbuatda və sosial şəbəkələrdə dərc olunmuş məqalələri yer alıb. Müəllifin siyasi, dini, fəlsəfi düşüncələri, günün aktual problemlərinə baxışı, ayrı-ayrı opponentlərin iradlarına cavab yazıları oxucular üçün maraqlı olacaq. Nuru Paşa və onun komandanlıq etdiyi Qafqaz İslam Ordusunun imanlı əsgərlərinin ruhuna ithaf olunan kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıldır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















