“Qremmi” mükafatçısı: "Bakı olduğum şəhərlərin ən gözəlidir"

Bakı indiyədək olduğum şəhərlərin ən gözəlidir. Burada gördüyüm hər şey məndə unudulmaz təəssürat oyatdı. Məmnuniyyətlə ölkənizə yenidən gələrdim.AzərTAc xəbər verir ki, bu sözləri məşhur caz ifaçısı, üçqat “Qremmi”, həmçinin “Toni” mükafatları laureatı Di Di Bricuoter Heydər Əliyev mərkəzində verdiyi konsertdən sonra jurnalistlərə müsahibəsində demişdir.Bildirmişdir ki, konsert müddətində auditoriya ilə onun arasında gözəl bir ünsiyyət yaranmışdır. Sizin tamaşaçıların gözəl musiqi duyumu vardır. Şəhəriniz çox gözəldir, xüsusilə gecələr paytaxtınızın işıqları onu daha da füsunkar edir. Heydər Əliyev Mərkəzi isə indiyədək olduğum məkanların ən gözəlidir. İnsanlarınız çox mehribandırlar. Belə bir ölkə ilə fəxr etməyə dəyər.Di Di Bricuoter 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunları müddətində yenidən Azərbaycanda olmaq arzusunu diqqətə çatdırmışdır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















