Şaiq Vəlinin “Eşq və şərab”ı çap olundu

Azərbaycanın tanınmış şairi, ötən il fevralın 6-da dünyasını dəyişən Şaiq Vəlinin “Eşq və şərab” adlı şeirlər kitabı “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. APA-nın xəbərinə görə, “Avrasiya Press” nəşriyyatında hazırlanan kitabın naşiri Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, redaktoru isə İbrahim İlyaslıdır. Kitaba şairin təsəvvüfi obraz və simvollarla süslənmiş xalq şeirimizin klassik formalarını modern bir biçimdə özündə əks etdirən şeirəri daxil edilib. Yaxın günlərdə kitabın təqdimatı olacaq. Kitaba ön söz yazan Umud Rəhimoğlu şairin yaradıcılığını belə dəyərləndirib: “Sənin Azərbaycan poeziyasında fəth etdiyin Şaiq Vəli zirvəsi ən uca, ən nəhəng zirvələrdən biridir. Bunu bilənlər bilir. Bunu bilməyənlərə də bunu bilənlərlə əlahəzrət zaman və sənin bu kitabın zamana-zaman bildirəcək”. Qeyd edək ki, Şaiq Vəli 1950-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində doğulub. 1993-cü ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirib. 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 1983-cü ildə “Dünyanın sahili” adlı ilk şeirlər kitabı nəşr olunub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















