Minskdə beynəlxalq kitab sərgi-yarmarkası

Fevralın 5-dən 9-dək Belarusun paytaxtı Minskdə XXI Minsk beynəlxalq kitab sərgi-yarmarkası keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə dünyanın 26 ölkəsindən, o cümlədən Azərbaycandan 600-dən çox nəşr təqdim olunub. Fevralın 6-da sərgidə “Kitabxana günü”, kitab təqdimatları, müəlliflərlə görüşlər, fevralın 8-də “Uşaq kitabı günü”, Belarus və əcnəbi yazıçıların iştirakı ilə “Uşaq dünyası: gələcəyə baxış” mövzusunda dəyirmi masa təşkil olunub. Nazirlikdən əlavə ediblər ki, sərgi çərçivəsində MDB iştirakçısı olan dövlətlərdə keçirilən kitab sərgiləri və yarmarkalarının təşkilatçıları şurasının və Kitab Palataları Rəhbərləri Şurasının iclası keçirilib. Qeyd edək ki, tədbirin təşkilatçıları Belarus İnformasiya Nazirliyi, “Belkniqa” ASC və “Makbel” MMC-dir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















