Gənc aktrisa mükafata layiq görüldü

Gənclər və İdman Nazirliyinin “İlin ən yaxşı aktrisası” nominasiyası üzrə mükafatına Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktrisası Gültac Əlili layiq görülüb.Teatrdan APA-ya verilən məlumata görə, mükafat aktrisaya “Buta Palace” sarayında keçirilən tədbirdə təqdim olunub. G. Əlili “İlin ən yaxşı aktrisası” mükafatına Ə. Haqverdiyevin “Kimdir müqəssir” komediyasındakı Bahar obrazına görə layiq görülüb. Aktrisa teatrda “Talelər qovuşanda”, “Qısqanc ürəklər”, “Amerikalı kürəkən”, “İddialı qaraçı” və s. tamaşalarda əsas rollarda çıxış edib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















