• $
  • €
  • ₽
  • ₺
  • £

Bar qızları obrazı rəssam Gülnarə Xalıqovanın düşüncəsində - FOTOLAR

Bar qızları obrazı rəssam Gülnarə Xalıqovanın düşüncəsində - FOTOLAR
29.05.2020 04:41

Rüstəm Qasımovİstedadlı rəssam-illüstrator Gülnarə Xalıqovanın Natavan qalereyasında "Marionetka" adlı birinci şəxsi sərgisi keçirilib.Tədbirin açılışına KİV nümayəndələri də daxil olmaqla çoxlu qonaqlar gəlmişdi. Rəssamın seçdiyi mövzu qeyri-adilik baxımından öz-özlüyündə maraq doğurur. Gülnarə Xalıqova öz əl işlərinin köməyi ilə vaxtının çox hissəsini paytaxt barlarında, disko klublarda və müxtəlif şənliklərdə keçirən, yəni, şəhərin gecə həyatında fəal iştirak edən qızların gecə həyatını şəhər auditoriyası ilə tanış etməyə çalışıb."Marionetkalar" sərgisinin adı ona işarə edir ki, bəzən paytaxtın gecə klublarında dolaşan müstəqil qızlar kiminsə əllərində heç özləri də bilmədən oyuncağa çevrilirlər və onların talelərini güclü cinsin nümayəndələri idarə etməyə başlayırlar.Rənglərin dolğunluğuyla və ifadəliliyi ilə fərqlənən şəkillərdə yarıçılpaq qızlar görmək olar, onlar kokteyllər içirlər, qəlyan çəkirlər və sadəcə qayğısızcasına dincəlirlər. Əl işlərində bəzi yerli şou-biznes nümayəndələrini xatırladan xanımlar və gözəl cinsin nümayəndələrinin toplu obrazları təsvir edilib. Rəssamın şəkillərində yüngüllük, qayğısızlıq və onun qəhrəmanlarının ilk baxışda əyləncəli həyat tərzi əksini tapıb.Gülnarə Xalıqovanı haqlı olaraq böyük stajlı rəssam-illüstrator adlandırmaq olar, çünki o, öz əmək fəaliyyəti boyunca müxtəlif nəşrlərlə əməkdaşlıq edib. 1992-ci ildən Xalıqova təhsiliylə paralel olaraq "Azərbaycan Qadını" nəşrinin əlavəsi olan "Bal-bala" jurnalıyla, həmçinin "Güzgü" nəşriyyatının uşaq ensklopediyası ilə əməkdaşlıq edib. Bundan başqa, Xalıqova "ART&DISIGN", "Teztur" və "Kosmopolit" kimi Moskva nəşrləriylə əməkdaşlıq edib, onlar üçün açıqcalar və illüstrasiyalar hazırlayıb.Hazırda Xalıqova "Oyuncaq" və  "Banu" jurnallarında baş rəssam işləyir.ANN.Az paytaxtda keçirilən mədəni tədbirləri diqqətsiz qoymur, ona görə də sizə rəssam-illüstrator Gülnarə Xalıqovanın əl işlərinin fotosessiyasını təqdim edir.ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol