“Qisas almadan ölmə” filminin premyerası keçiriləcək

Fevralın 18-də Oqtay Mirqasımovun “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan “Qisas almadan ölmə” filminin premyerası keçiriləcək. Rejissorun APA-ya verdiyi məlumata görə, premyerada Almaniya səfirliyindən, Rusiya, Gürcüstan və İsraildən qonaqlar iştirak edəcəklər. O.Mirqasımov qeyd edib ki, filmin təqdimatının 2013-cü ildə təxirə salınmasının səbəbi Almaniya səfirliyi ilə aparılan danışıqlar olub. Təqdimat mərasimində Almaniyanın Azərbaycandakı səfirinin iştirak edəcəyi də gözlənilir. Qeyd edək ki, film Azərbaycanda yaşamış almanların 1941-ci ildə İosif Stalinin əmri ilə Orta Asiyaya sürgün olunmasından bəhs edir. Bu mövzunun tarixi isə XIX əsrin əvvəllərinə gedib çıxır. O vaxt alman icmaları çar I Aleksandrın razılığı ilə Rusiya imperiyasının əyalətlərinə - Krıma, Qafqaza gələrək burada məskunlaşıblar. 1819-cu ildə Vürtemberq krallığı - indiki Almaniyanın Baden-Vürtemberq əyalətindən gələn almanlar Azərbaycanın qərbində, Gəncə yaxınlığında ilk koloniyanı - Helenendorf kəndini (indiki Göygöl şəhəri) salırlar. Filmdə məktublar, etiraflar, xatirələr, insan hiss və yaşantıları yer alır. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















