Xalq artisti əməliyyat olunacaq

Xalq artisti Ramiz Məlik Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat olunacaq. “Qafqazinfo”nun məlumatına görə, uzun müddət böyrək kistasından əziyyət çəkən xalq artisti fevralın 6-da əməliyyat olunacaq. Səhər saat on radələrində planlaşdırılan laparoskopik böyrək kistasının eksiziyası üzrə əməliyyat 2 saata yaxın davam edəcək.“Xəstənin yaşını və laparoskopik əməliyyatlar nisbətən yeni müalicə üsulu olduğunu nəzərə alsaq, bu əməliyyat ölkəmizdə laparoskopik uroloji əməliyyatlar sahəsində ilkə imza atan uzman həkim uroloq Rəşad Məmmədov Fərhad oğlunun rəhbərliyi altında keçiriləcək. Xəstəxanaya 2 həftə öncə müraciət edən xalq artisti sağ tərəfində olan kəskin ağrılardan şikayət edirdi, həkimlər kompleks müayinə apararaq, xəstənin səhhəti haqqında dolğun informasiya əldə edib, sağ böyrəyin səthində kistanın olduğu üçün əməliyyat olunmasını tövsiyə etdilər”-, deyə xəstəxananın İctimaiyyətlə əlaqələr (PR) üzrə meneceri Aytən Vəlixanova bildirib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















