Azərbaycan musiqisi Bolqarıstanda

Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə Sofiya şəhərinin “Nadejda” mədəniyyət mərkəzinin konsert salonunda III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, tanınmış bolqar bəstəkarı Kiril Lambovun rəhbərlik etdiyi Sofiya simfonik orkestrinin ifasında Azərbaycan musiqisindən ibarət konsert olmuşdur.Konsertdən əvvəl çıxış edən Kiril Lambov Azərbaycan musiqisinin zənginliyi, rəngarəngliyi barədə məlumat verərək, bu əsərlərin rəhbərlik etdiyi simfonik orkestr tərəfindən ifa edilməsindən son dərəcə məmnunluğunu vurğulamışdır. O, ötən il 31 oktyabr – 1 noyabr tarixlərində keçirilmiş III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiyi zaman Azərbaycanın bir çox incəsənət adamları, o cümlədən musiqiçiləri ilə ünsiyyətdə olduğunu və Azərbaycan musiqisi ilə daha yaxından tanış olmaq imkanı əldə etdiyini söyləmişdir. K. Lambov rəhbərlik etdiyi simfonik orkestr tərəfindən təqdim ediləcək musiqi çələnginin izləyicilərdə çox böyük təəssürat oyadacağına əminliyini bildirmişdir.Sonra konsert proqramı təqdim edilmişdir. Azərbaycanın məşhur bəstəkarı Qara Qarayevin əsərləri və “Laçın” xalq mahnısı konsert proqramına daxil edilmişdir.Tədbirdə Bolqarıstanın incəsənət və ictimai xadimləri, yerli KİV-in təmsilçiləri, diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycanın Bolqarıstandakı səfirliyinin əməkdaşları, habelə Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər. Konsertdə ifa edilən Azərbaycan musiqisi nümunələri tamaşaçılar tərəfindən böyük maraqla və sürəkli alqışlarla qarşılanmışdır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















