Seyid Əzim Şirvaniyə həsr olunmuş film çəkildi

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) istehsal etdiyi klassik Azərbaycan şairi Seyid Əzim Şirvaninin həyat və yaradıcılığına həsr olunmuş “Aləmdə səsim var mənim” adlı bədii-sənədli filminin çəkilişləri başa çatmışdır.AzTV-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, filmin çəkilişləri Bakıda və Şamaxıda aparılmışdır.Ekran əsərində şairin obrazını Əməkdar Artist Pərviz Bağırov canlandırmışdır.Filmin ssenari müəllifi Zərnişan Ağayeva, rejissoru Vasif Məmmədzadə, operatoru Zahid Bağırovdur.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















