Azərbaycanlı cazmen MİDEM festivalında

Heydər Əliyev Fondunun dəstəyi ilə gənc virtuoz ifaçı, 2009-cu il Montrö Beynəlxalq musiqi festivalının qalibi cazmen İsfar Sarabski Kannda keçiriləcək MİDEM festivalında iştirak edəcək.Heydər Əliyev Fondundan Trend-ə verilən məlumata görə, 1967-ci ildən Fransada keçirilən bu festival musiqi dünyasında böyük hadisə sayılır. Beynəlxalq bazar kimi tanınan və ənənəvi olaraq dünya şöhrətli şirkətlərin qatıldığı festivalda peşəkarlar musiqi fəaliyyətlərini genişləndirmək, yeni inkişaf istiqamətlərini müəyyən etmək məqsədilə görüşürlər. Musiqi sənayesinin inkişafına xidmət edən festival həm də informasiya mübadiləsi və beynəlxalq miqyasda tanınmaq üçün üçün əlverişli məkan hesab olunur.Təkcə ötən ilki MİDEM festivalında 6400 nümayəndə, 3000 şirkət iştirak etmişdir. 1350 stend və pavilyonun nümayiş olunduğu festivalı müxtəlif xarici ölkələri təmsil edən 350 jurnalist işıqlandırmışdır.Peşəkar ticarət yarmarkası və konsertlərin keçirildiyi festivalda NRJ Music Awards mükafatı verilir.Heydər Əliyev Fondu bu il MİDEM festivalında tərəfdaş və sponsor qismində iştirak edir. Fevralın 1-dən 4-dək keçirilən Festival çərçivəsində Azərbaycanı İsfar Sarabski Band təmsil edəcək. İsfar Sarabskinin musiqi qrupu fevralın 2-də Majestic Barriere mehmanxanasının Diane zalında çıxış edəcək. Azərbaycan cazının səslənəcəyi konsertdə İsfar Sarabskini peşəkar musiqiçılər müşayət edəcək.Qeyd edək ki, İsfar Sarabski Heydər Əliyev Fondunun xəttilə ABŞ-dakı Berklee College of Music-də təhsilini davam etdirir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















