“Eurovision-2014”də qonaqlar arenaya qayıqla gətiriləcək

Bu ilin mayında Danimarkanın Kopenhagen şəhərində keçiriləcək “Eurovision-2014” mahnı müsabiqəsində auditoriyanı qarşılamaq üçün xüsusi transfer qayıqlar fəaliyyət göstərəcək.AzərTAc-ın verdiyi məlumata görə, müvafiq qayıqlar birbaşa dəniz vasitəsilə qonaqları Nyhavn dəniz limanından müsabiqənin keçiriləcəyi “B&W Hallerne” arenasına gətirəcək.Kopenhagenin əsas yolları Rifşelona aparmadığından yarışmanın işçi qrupu tərəfindən qonaqların rahatlığını təmin etmək məqsədilə Nyhavn dəniz limanına yeni transfer qayıqlar gətirilib.Şounu izləməyə gələcək on minlərlə tamaşaçını yerləşdirmək məqsədi ilə qayıqlara əlavə oturacaqların qoyulması planlaşdırılır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















