Maestro Morrikone azərbaycanlı jurnalistlərlə görüşüb

Azərbaycana gələn məşhur italiyalı bəstəkar və dirijor Ennio Morrikone mətbuat konfransı keçirib.APA-nın məlumatına görə, mətbuat konfransında çıxış edən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Fərəh Əliyeva bildirib ki, E. Morrikonenin Bakıda konsert proqramı ilə çıxış etməsi Azərbaycanın mədəni həyatı üçün əlamətdar hadisədir.Jurnalistlərin suallarını cavablandıran bəstəkar qeyd edib ki, Azərbaycanda konsert proqramı ilə çıxış etməkdən məmnundur: "Bakıda olmaq mənim üçün sevindirici hadisədir. İnanıram ki, sabahkı konserti uğurla başa vuracağıq və bizi dinləyənlər məmnun qalacaqlar. Ümumiyyətlə, bütün konsertlərim mənim üçün bir bayram olmaqla yanaşı, həm də narahatlıq və gərginlik deməkdir. Sabah eşidəcəyiniz musiqilər müxtəlif filmlərdə səsləndirilsə də, siz onları müstəqil musiqi nümunələri kimi qəbul edin". E. Morrikone APA-nın Azərbaycan musiqiləri və bəstəkarları ilə bağlı sualına cavab verərkən deyib ki, Azərbaycan musiqiləri regionun digər mədəniyyətlərinə də təsir edib: "Əlbəttə, mən dünyanın müxtəlif musiqilərinə və bəstəkarlarına qulaq asmışam və onların içində Azərbaycan musiqiləri də olub. Amma təəssüflə qeyd etmək istərdim ki, konkret nümunələr soruşsanız, mən çətinlik çəkəcəyəm. Məlumatım var ki, sizin musiqi regionun digər musiqilərinin formalaşmasına təsir göstərib. Mən Azərbaycan musiqi alətlərini tanıyıram və deyə bilərəm ki, hansı alətdə hansı musiqini bəstələmək, ifa etmək olar". Qeyd edək ki, E. Morrikonenin yanvarın 25-də Heydər Əliyev Sarayında keçiriləcək konserti "Buta" İncəsənət Mərkəzi tərəfindən Mədəniyyət və Turizm Nazirliyi, İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi və Fireland Vineyards və NAR Mobile şirkətinin sponsorluğu ilə təşkil olunacaq. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















